Rəşad Sadıqov: ”Yenidən baxacam, onun məyusluğu ilə yaşaya bilmərik” - VİDEO

22 Aprel 2021 11:00 Zirə 1 065
Rəşad Sadıqov: ”Yenidən baxacam, onun məyusluğu ilə yaşaya bilmərik” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. İkinci hissədə sürət artdı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq.

İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq. Hələ ilk 45 dəqiqəni oynamışıq. Bu cür matçlar 90 dəqiqəlik oyun kimidir.

Rəqib ciddidir. Heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq”.

Sadıqov 73-cü dəqiqədə zədələnən Nemanya Ancelkoviçin durumundan da danışıb: “Rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək”.

Qeydə alınmayan qol barədə də danışan baş məşqçi bunları söyləyib: “Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq.

Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?