"Onun məyusluğu ilə yaşaya bilmərik" - Rəşad Sadıqov

21 Aprel 20:40 Zirə 580
"Onun məyusluğu ilə yaşaya bilmərik" - Rəşad Sadıqov

"Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. İkinci hissədə sürət artdı.

Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər şey ikinci görüşdə həll olunacaq: "Hələ ilk 45 dəqiqəni oynamışıq. Bu cür matçlar 90 dəqiqəlik oyun kimidir. Rəqib ciddidir. Heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq".

Sadıqov 73-cü dəqiqədə zədələnən Nemanya Ancelkoviçin durumuna da toxunub: "Rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək".

Qeydə alınmayan qol barədə də danışan baş məşqçi bunları söyləyib: "Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq. Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacağam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik".

Xəbər Lenti