Braziliyalı: "Futbolda ən çətin dönəmi Azərbaycanda yaşadım”

20 Aprel 2021 19:40 Zirə 932
Braziliyalı: "Futbolda ən çətin dönəmi Azərbaycanda yaşadım”

“Zirə”yə keçməzdən əvvəl 3 ay klubsuz qalmışdım. Bu üzdən çətinliklərlə üzləşməyim normaldır”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin sabiq hücumçusu Kayo Rangel Braziliya mətbuatına açıqlamasında deyib.

Ötən ilin yayında azad agent kimi Bakı klubuna keçən və cəmi 6 ay sonra ölkəsinə qayıdan 25 yaşlı futbolçu həmin günləri xatırlayıb. Rangel bunu karyerasının ən uğursuz dönəmi hesab edib:

“Orada sıfırdan başlayırdım. Ancaq ikinci oyunda zədələndim. Daha sonra koronavirusa yoluxdum və az oynadım. Futbolda ən çətin dönəmi orada yaşadım”.

“Zirə”nin heyətində Premyer Liqada cəmi 3 matçda (98 dəqiqə) iştirak edən Kayo Rangel hazırda Braziliyada “Santo Andre” klubunun formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk