"Zirə"nin "Neftçi" üstünlüyü - 11 qələbə

16 Aprel 2021 18:00 Zirə 1 264
"Zirə"nin "Neftçi" üstünlüyü - 11 qələbə

Azərbaycan Premyer Liqasında 23-cü turunda sabah “Zirə” “Neftçi” ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, bu, tərəflərin Premyer Liqada 22-ci dueli olacaq.

Bu mövsümün üç oyununda rəqibinə uduzmayan, “Zirə” əvvəlki 21 matçda üstünlüyə malikdir. Aktivində 11 qələbə olan “Zirə” 6 dəfə bir xalla kifayətlənib.

“Qartallar” bu görüşlərdən yalnız dördündə məğlub olub. Top fərqi də "Zirə"nin xeyrinədir – 23:18. “Zirə” “Neftçi” ilə səfər görüşlərində də üstünlüyə malikdir.

Rəqib meydanındakı 10 oyunda 3 qələbəsi olan komanda 5 heç-heçə edib və iki matçdan xalsız dönüb. Top fərqində isə meydan sahibləri öndədir – 13:11.

Aprelin 17-də keçiriləcək “Neftçi” - “Zirə” oyunu saat 20:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da