“Zirə”də 3 SEVİNDİRİCİ XƏBƏR

7 Aprel 2021 15:00 Zirə 832
“Zirə”də 3 SEVİNDİRİCİ XƏBƏR

“Zirə”nin koronavirusa yoluxmuş 3 futbolçusundan yeni xəbər var.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, Riçard Almeyda, Vüsal Əliyev və Fakundo Melivillo artıq sağalıb.

Onların növbəti testi neqativ çıxıb və meydana çıxmaqlarına bir problem qalmayıb.

Təbii ki, son qərar Rəşad Sadıqova məxsusdur. Baş məşqçi şans verərsə, onlar Premyer Liqanın növbəti turunda “Keşlə”yə qarşı forma geyinə biləcəklər.

Onlarla yanaşı Vüsal Əliyev də eyni səbəbdən Premyer Liqanın XXI turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı buraxıb.

"Zirə" növbəti turda "Keşlə"ni qəbul edəcək. Aprelin 11-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!