"Zirə"nin üstünlüyü nədədir?

3 Aprel 2021 10:40 Zirə 446
"Zirə"nin üstünlüyü nədədir?

Azərbaycan Premyer Liqasında bu həftə XXI turun görüşləri ilə III dövrəyə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, “Zirə” dövrənin son matçını “Səbail”ə qarşı keçirəcək.

“Qartallar”ın səfər qarşılaşması iki komanda arasında 14-cü duel olacaq. Premyer Liqa çərçivəsində keçirilən əvvəlki 13 oyunda 7 qələbə qazanan “Zirə” 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.

Rəqib qapısından 17 top keçirən qəsəbə təmsilçisi 8 qol buraxıb.

“Qartallar” səfər matçlarında da üstünlüyə malikdir. Komanda rəqib meydanındakı 7 matçdan beşində qalib gəlibsə, iki dəfə səfərdən xalsız dönüb. Bu görüşlərdə 9 dəfə fərqlənən "Zirə" 3 top buraxıb.

“Səbail” - “Zirə” matçı aprelin 3-də keçiriləcək. “ASCO Arena”da təşkil olunacaq oyun saat 17:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı