Rəşad Sadıqov: “Təhlükəlidirlər, burada hamı çətinlik çəkir”

2 Aprel 2021 15:00 Zirə 1 263
Rəşad Sadıqov: “Təhlükəlidirlər, burada hamı çətinlik çəkir”

“Səbail” çempionatın son turlarda ən yaxşı oyun nümayiş etdirən komandalarından biridir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, aprelin 4-də “Səbail”lə keçiriləcək Premyer Liqa qarşılaşması barədə fikirlərini bildirib. Gənc mütəxəssis “dənizçilər”in kifayət qədər çətin rəqib olduğunu, bu üzdən matçın kifayət qədər gərgin keçəcəyini söyləyib:

“Onlara qarşı oynamaq həmişə çətindir. Ötən tur “Neftçi”yə uduzmaqlarına baxmayaraq, çox inamlı oyunları ilə yadda qaldılar.

“Səbail” xüsusən evdə daha təhlükəlidir. Burada hamı çətinlik çəkir. Gəlin, süni meydança amilini də nəzərə alaq. Ciddi hazırlaşırıq. Həm psixoloji, həm də taktiki və fiziki cəhətdən”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda