“Zirə”nin Azərbaycan yığmasındakı 8-ci təmsilçisi oldu - FOTO

29 Mart 2021 16:20 Zirə 839
“Zirə”nin Azərbaycan yığmasındakı 8-ci təmsilçisi oldu - FOTO

“Zirə”nin futbolçusu Sərtan Taşkın Azərbaycan millisində debüt edib.

Sportinfo.az xəbər verir ki, o, yığmamızın Qətərlə Macarıstanın Debretsen şəhərində keçirilən yoldaşlıq görüşündə meydana çıxıb.

Müdafiəçi komandamızın 1:2 hesabı ilə uduzduğu qarşılaşmanı əvəzolunmadan keçirib.

Sərtan “Zirə”nin Azərbaycan yığmasındakı 8-ci təmsilçisi olub. Ona qədər komandamızın 7 üzvü millidə ümumilikdə 19 matç keçirmişdi.

Daha əvvəl Elvin Camalov 6, Cavid Hüseynov 5, Elvin Məmmədov 3, Təmkin Xəlilzadə 2, Adil Nağıyev, Anar Nəzirov və Vüqar Mustafayev hərəyə 1 dəfə “Zirə”nin futbolçusu kimi millinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM