Rəşad Sadqov narahatdır: "Son vaxtlar ciddi sindromla qarşılaşırıq"

28 Mart 2021 11:40 Zirə 770
Rəşad Sadqov narahatdır: "Son vaxtlar ciddi sindromla qarşılaşırıq"

«Son vaxtlar ciddi «zədə sindromu» ilə qarşılaşırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Qəsəbə təmsilçisinin çalışdırıcısı düşərgədə zədəli futbolçuların sayının artmasından narahatlığını ifadə edib:

"Artıq neçə turdur, baxırsan ki, hansısa aparıcı futbolçunu itiririk. Hal-haazırda həmin siyahı bir qədər də genişlənib.

Kimisi uzun fasilədən sonra indi-indi fərdi məşqlərə başlayır, kimisi hələ də müalicə alır. Millilərimizdə 4 futbolçu var.

Odur ki, çempionatda yaranmış fasilədə tam istədiyimiz kimi hazırlıq keçə bilmirik. Yenə də ümid edək ki, zədəlilərimiz tezliklə sağalacaq, millilərdəki futbolçularımız da düşərgəyə saağlam qayıdacaq".

Digər Xəbərlər
Xəbər Lenti