Rəşad Sadıqov: “Onlardan meydanda istədiyimizi ala bildik”

27 Mart 2021 20:20 Zirə 938
Rəşad Sadıqov: “Onlardan meydanda istədiyimizi ala bildik”

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Zirə” ilə “Qəbələ” yoxlama oyununda qarşılaşıb.

Tərəflər “Azersun Arena”da üz-üzə gəlib.

Matçın ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. Lakin fasiləyədək hesab açılmayıb. İlk yarıdan sonra hər iki komandanın heyətində dəyişikliklər olub.

Fasilədən az sonra “qırmızı-qaralar” hücumların birində penalti imkanı qazanıb. Lakin Ceyms Adeniyi bu imkandan yararlana bilməyib.

Hissənin gedişində nigeriyalı hücumçunu Mehrac Baxşalı əvəzləyib. Qarşılaşmada hesabı da akademiyanın yetirməsi açıb.

Qəsəbə təmsilçisi oyunun sonlarına yaxın hesabda tarazlıq yaratmağa müvəffəq olub. Amma “Qəbələ” qələbə qolunu vurmağı bacarıb. Mehrac Baxşalını əvəzləyən Emil Səfərov matçda son nöqtəni qoyub – 2:1.

“Zirə” əyalət təmsilçisi ilə qarşılaşmada əsasən ehtiyat qüvvədən və gənclərdən istifadə edib. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bir necə zədəli futbolçunun xidmətindən istifadə edə bilməyib.

O, həmçinin əsas heyət üzvlərindən bəzilərinə istirahət haqqı tanıyıb. Sadıqov Sportinfo.az-a açıqlamasında bu haqda fikirlərini bildirib:

“Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirmək lazım idi. Daha çox futbolçuların “yüklənməsini” istəyirdim.

Onsuz da, yorğun şəkildə oynayırdılar. Elə futbolçular var ki, kimisinin 90, kimisinin 70-80 dəqiqə oyn praktikası yığması lazımdır.

Düşünürəm ki, onlardan meydançada istədiyimizi ala bildik. Oyun planında çatışmayan məqamlar var idi.

Amma ümumi götürsəm, komanda fiziki cəhətdən bu fasilə müddətini mən istəyən şəkildə tamamladı. Istər məşqlərdə, istərsə də bu yoxlama oyununda onlardan o fiziki yüklənməni ala bildik”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”