"Zirə"li hücumçu Azərbaycana 3 ay sonra dönəcək

27 Mart 2021 09:40 Zirə 445
"Zirə"li hücumçu Azərbaycana 3 ay sonra dönəcək

Bir müddət əvvəl İstanbulda əməliyyat olunan «Zirə»nin hücumçusu Felipe Paxtmann Azərbaycana qayıtmayıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, braziliyalı legioner hələ 3 ay Türkiyədə qalacaq.

Cənubi amerikalı forvardın qonşu ölkədən dönməməsinin səbəbi müalicə prosesinin davam etdirilməsi ilə əlaqədardır.

O, İstanbulda əməliyyat olunduğu klinikanın tibbi heyətinin gündəlik nəzaarəti altındadır. Ümumiyyətlə, sağ dizindən ağır zədə almış Paxtmann meydaançada görmək üçün bizlər avqust-sentyabr aylarını gözləməliyik.

Digər Xəbərlər
Xəbər Lenti