"Rəşad Sadıqovun yaratdığı komandanın xarakteri var"

25 Fevral 2021 16:00 Zirə 598
"Rəşad Sadıqovun yaratdığı komandanın xarakteri var"

"Zirə"nin "Keşlə" ilə oyuna yaxşı hazırlaşmadığını inanmıram".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə"nin son turlardakı çıxışına ünasibət bildirib:

"Mənə elə gəldi ki, "Zirə" daha asan qələbə gözləyirdi. Son 20 dəqiqə 10 nəfərlə daha yaxşı təsir bağışladılar. Hətta qol vurub, məğlubiyyətdən xilas oldular.

Bu da onu göstərir ki, komandanın xarakteri var. Qələbə qazanmaq istəyirsənsə, 90 dəqiqə bu xarakter işləməlidir".

Digər Xəbərlər
Xəbər Lenti