Şəhid qardaşı Qurban Qurbanovla arasındakı dialoqdan danışdı

20 Yanvar 2021 16:00 Zirə 701
Şəhid qardaşı Qurban Qurbanovla arasındakı dialoqdan danışdı

"Qurban Qurbanovla İlqarla bağlı danışdıq.

O, qardaşııma Allahdan rəhmət və səbr dilədi. Öz adından ailəmə salam deməyimi istədi".

Bu sözləri şəhid İlqar Bürcəliyevn "Zirə"də çıxış edən qardaşı Tamerlan Bürcəliyev Sportinfo.az-a açıqlamasında deyib.

Gənc futbolçu "Qarabağ"la yoxlama matçıından (3:3) sonra Qurban Qurbanovun onunla görüşünün ani olduğunu bildirib:

"Bu görüş bir anda baş verdi. Meydanı tərk elədiyim zaman Qurban müəllimi orada gördüm. Əlini sıxdım, o da məni səmimi şəkildə qucaqladı".

Tamerlan Azərbaycanın ən yaxşı məşqçisi ilə görüşün onun gələcək karyerası üçün əlavə motivasiya olduğunu qeyd edib:

"Açığı, həmin anda futbol barəsində danışmadıq. İlqar barədə söhbətləşdik. Bir futbolçu kimi yox, şəhid qardaşı kimi məni qucaqladı.

Əlbəttə ki, uşaqlıqdan sevərək izlədiyimiz bir insanın belə yaxınlaşması mənim üçün böyük motivasiyadır. Oyunuma baxması mənim üçün böyük stimul oldu".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!