“Azərbaycan komandası haqda məlumat əldə etmək rahatdır”

22 Mart 2025 01:00 Milli komanda 1 830
“Azərbaycan komandası haqda məlumat əldə etmək rahatdır”

Haiti komandası bu gün yoldaşlıq oyunu çərçivəsində Azərbaycan seçməsi ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Sebastien Miqne matçdan öncə sualları cavablandırıb:

- Gözləntilərimiz əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq.

- Rəqiblə tanışsız?

- Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.

- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiz?

- Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəm.

- Zədəli futbolçularınız var?

- Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?