Premyer Liqada onlara “dur” deyən tapıldı - FOTOREPORTAJ

3 Sentyabr 2023 02:20 Qəbələ 1 108
Premyer Liqada onlara “dur” deyən tapıldı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Rauf Hüseynli vurub.

Beləliklə, ilk qələbəsini qazanan meydan sahibləri 3 xalla sonuncu pillədə qərarlaşıb. Əvvəlki bütün görüşlərdə qalib gələn paytaxt klubu 12 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!