Təzminat problemindən çəkindi, “Neftçi”yə görə lazım bilmədi

17 Sentyabr 2020 17:30 Türkiyə 643
Təzminat problemindən çəkindi, “Neftçi”yə görə lazım bilmədi

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray” bir neçə futbolçusunu Bakıya gətirməyib.

Sportinfo.az xəbər verir ki, onlardan biri, ümumiyyətlə, sifariş olunmayıb.

Söhbət “Rizəspor”dan yenicə heyətə cəlb olunan Oğulcan Çağlayandan gedir.

Rizə klubu 24 yaşlı hücumçu ilə müqaviləni təktərəfli uzatmasına baxmayaraq, sözləşməni pozmaq hüququndan yararlanan forvard Türkiyə Futbol Federasiyasında “Qalatasaray”ın oyunçusu kimi hələlik rəsmən təsdiqlənməyib.

Bunu nəzərə alan İstanbul təmsilçisi təzminatla bağlı problem yaşamamaq üçün onun xidmətindən heç bir matçda yararlanmır. Super Liqanın I turunda “Qaziantep”lə (3:1) görüşdə iştirak etməyən futbolçu “Neftçi” ilə qarşılaşmanı da buraxmalı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti