Uruqvay millisinin müdafiəçisi "Fənərbaxça"da

13 Avqust 2020 01:52 Türkiyə 859
Uruqvay millisinin müdafiəçisi "Fənərbaxça"da

"Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, “sarı-lacivərtlər” “Las Palmas”ın icarə əsasında “Sassuolo”da oynayan müdafiəçisi Maurisio Lemosun keçidi üçün razılıq əldə edib.

Bunu İspaniya klubunun prezidenti Migel Anxel Ramirez açıqlayıb. O, transfer üçün “Fənərbaxça” ilə hərtərəfli razılığa gəldiklərini deyib.

İstanbul təmsilçisinin uruqvaylı oyunçuya görə “Las Palmas”a 3 milyon avro ödəyəcəyi bildirilib. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

2016-cı ildə “Las Palmas”a transfer olunan 24 yaşlı futbolçu 2018-ci ildən icarəs əsasında “Sassuolo”da oynayır. O, 2017-ci ildən Uruqvay millisinə dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti