Qurban Qurbanov sözünü dedi: "Bu, bizi aldatmamalıdır"

17 İyul 2024 09:00 Qarabağ 2 062
Qurban Qurbanov sözünü dedi: "Bu, bizi aldatmamalıdır"

"Qeydə alınan hesab bizi aldatmamalıdır".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu gün Avstriyada keçirdikləri yoxlama görüşləri ilə bağlı fikirlərini bölüşüb:

“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı.

Bu matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Qeydə alınan hesab bizi aldatmamalıdır.

İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Əl-Şəbab"ın baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq.

Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı.

Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu.

Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.

"Qarabağ" günün ilk yoxlama görüşündə Xorvatiyanın “Slaven” klubunu 1:0, növbəti matçda isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” kollektivini 5:2 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu