"Qalatasaray” 20 il əvvəl, bu gün: MÖHTƏŞƏM GECƏ - VİDEO+FOTOLAR

17 May 2020 16:40 Türkiyə 1 553
"Qalatasaray” 20 il əvvəl, bu gün: MÖHTƏŞƏM GECƏ - VİDEO+FOTOLAR

"Qalatasaray”ın UEFA Kubokunun qalibi olmasının üzərindən 20 il keçib.

Sportinfo.az xəbər verir ki, düz 20 il bundan əvvəl, 2000-ci ilin mayın 17-də "cim-bom” Kopenhagendəki keçirilən final qarşılaşmasında "Arsenal”a qalib gəlmişdi.

"Parken” stadionunda 38919 azarkeşin canlı izlədiyi final qarşılaşmasının əsas və əlavə vaxtında hesab açılmamışdı. Oyun sonrası penalti vuruşlarında isə "Qalatasaray” London nəhəngini 4:1 hesabıyla üstələmişdi.

İndi olduğu kimi, həmin vaxt da "Qalatasaray"ın sükanı arxasında indiki kimi Fatih Terim dayanırdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM