Superliqa klubunda yeni baş məşqçi Karaman oldu

4 Mart 2020 01:24 Türkiyə 668
Superliqa klubunda yeni baş məşqçi Karaman oldu

“Yeni Malatyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Hikmət Karamanla anlaşıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, “Yeni Malatyaspor” bu mövsümə Sergen Yalçın ilə başlasa da, onun istefasından sonra komanda Kemal Özdeşe tapşırılmışdı.

Amma bu mütəxəssisin rəhbərliyi altında cəmi 5 oyuna çıxan və onların hamısından məğlubiyyətlə ayrılan Malatya təmsilçisi, yeni baş məşqçi axtarmaq məcburiyyətində qalmışdı.

Hikmət Karaman isə son olaraq “Kayserispor”u çalışdırıb. “Yeni Malatyaspor” hazırda 24 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”