“Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemeka tezliklə komandasını tərk edə bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Qalatasaray” ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
Türkiyə klubu Çukvuemekanı mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
20 yaşlı yarımmüdafiəçi baş məşqçi Enzo Mareskadan sabit oyun təcrübəsi üçün zəmanət almayıb, ona görə də, o, başqa komandaya getməyə hazırdır.
Çukvuemeka iki il əvvəl “Aston Villa”dan “Çelsi”yə keçib. O, keçən mövsümə londonluların əsas oyunçusu kimi başlasa da, sonradan zədələnərək, uzun müddət müddət meydandan kənarda qalıb.
Türkiyədə transfer pəncərəsi sentyabrın 13-də bağlanır.