Türkiyə millisində daha iki problem - AÇ-2024-də olmayacaqlar?

14 İyun 2024 00:00 Türkiyə 837
Türkiyə millisində daha iki problem - AÇ-2024-də olmayacaqlar?

AÇ-2024-ə hazırlaşan Türkiyə millisi ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Qapıçı Mert Günok və hücumçu İrfan Can Kahveci son məşqlərdə iştirak etməyib.

Yayılan iddialara görə, İrfan Can Kahveci zədəlidir və komandadan uzaqlaşdırılıb.

Daha əvvəl "ay ulduzlular" iki itki ilə üzləşmişdi. Belə ki, komandanın üzvləri Enes Ünal və Kaan Ayhan zədə səbəbindən heyətdən çıxarılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar