“Qalatasaray” fransalı müdafiəçini icarəyə götürdü

3 Sentyabr 00:00 Türkiyə 231
“Qalatasaray” fransalı müdafiəçini icarəyə götürdü

“Qalatasaray” növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi El-Şaday Bitşiabunun keçidini açıqlayıb.

21 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Leyptsiq”dən (Almaniya) icarəyə götürülüb.

Fransalı futbolçu artıq İstanbuldadır.

“Sarı-qırmızılar” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.

El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM