“Fənərbaxça”nın yeni baş məşqçisi Mourinyo olacaq?

1 İyun 2024 12:20 Türkiyə 1 571
“Fənərbaxça”nın yeni baş məşqçisi Mourinyo olacaq?

Joze Mourinyonun “Fənərbaxça”nın baş məşqçisi olması ilə bağlı iddialar yayılıb.

Sportinfo.az “Sky Sport”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin İstanbul təmsilçisi ilə 2 illik razılığa gəldiyi bildirilib.

“Fənərbaxça”nın prezidentliyə namizədi Aziz Yıldırım daha əvvəl bu barədə Mourinyo ilə görüşdüyünü açıqlamışdı.

O, prezident seçilərsə, təcrübəli çalışdırıcını baş məşqçi olaraq gətirəcəyini demişdi.

“Fənərbaxça”da prezident seçkiləri iyunun 9-10-u tarixlərində keçiriləcək. Yalnız bundan sonra baş məşqçinin kimliyinə aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"