“Qalatasaray”ın ulduzu tanınmış müğənni ilə sevgilidir? - FOTO

10 Noyabr 2024 10:40 Türkiyə 2 906
“Qalatasaray”ın ulduzu tanınmış müğənni ilə sevgilidir? - FOTO

“Qalatasaray”ın ulduzu Mauro İkardi şəxsi həyatında baş verən son hadisələrlə gündəmdə qalmağa davam edir.

Sportinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu həyat yoldaşı Vanda Nara canlı yayımda reper L-Qante ilə öpüşdükdən sonra sosial media hesabında diqqətçəkən hərəkət edib.

İkardi müğənni Simge Sağını sosial media hesabında izləməyə alıb, Simge də öz növbəsində məşhur futbolçunu izləyib və son paylaşımını bəyənib.

Bu, sosial mediada geniş əks-səda doğurub. Belə ki, Argentina mətbuatında yayılan xəbərlərə görə, onların arasında sevgi münasibətinin yarandığı iddia edilir.

Mauro İkardi “Qalatasaray”ın çempionluq şənliyində Simge Sağının “Aşkın Olayım” mahnısını müğənni ilə birlikdə oxumuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti