"Qarabağ" və "Neftçi"nin legionerləri Türkiyə önündə - VİDEO

12 Oktyabr 2024 23:20 Türkiyə 1 765
"Qarabağ" və "Neftçi"nin legionerləri Türkiyə önündə - VİDEO

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sporinfol.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda Türkiyə millisi doğma meydanda Monteneqronu qəbul edib.

Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Monteneqro millisinin üzvü olan "Neftçi" və "Qarabağ"ın futbolçuları da bu görüşün iştirakçısı olub.

Edvin Kuç matça start heyətində daxil olub. Marko Yankoviç 61-ci dəqiqədə məhz Kuçun əvəzinə meydana daxil olub.

Türkiyə - Monteneqro 1:0
Qol:
İrfan Can Kahveci, 69

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu