Millimizin hücumçusu qol vurdu, “Qalatasaray” ÇL-in qrup mərhələsinə yüksəldi - VİDEO

27 Sentyabr 2024 09:20 Türkiyə 1 305
Millimizin hücumçusu qol vurdu, “Qalatasaray” ÇL-in qrup mərhələsinə yüksəldi - VİDEO

Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında mübarizə davam edir.

Sportinfo.az xəbər verir ki, “Qalatasaray” 2-ci mərhələnin cavab matçında “Slaviya” ilə qarşılaşıb.

Çexiyada baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 başa çatıb. Türkiyədəki oyun da 2:2 bitdiyindən əlavə vaxta ehtiyac duyulub.

Azərbaycan millisinin forvardı Nazlıcan Parlak əlavə vaxtda komandasının üçüncü qolunu vuraraq “Qalatasaray”a qələbə qazandırıb.

Belədə, Türkiyə klubu Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Türkiyə klubları arasında “Qalatasaray” ilk dəfə bu uğura imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM