Mourinyo Okan Burukun gecikməsini bəhanə gətirdi, mətbuat konfransına gəlmədi

23 Sentyabr 2024 00:00 Türkiyə 911
Mourinyo Okan Burukun gecikməsini bəhanə gətirdi, mətbuat konfransına gəlmədi

Xəbər verdiyimiz kimi,Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.

“Fənərbaxça” doğma azarkeşləri önündə “Qalatasaray”a 3:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, “sarı-lacivərd”lərin baş məşqçisi Joze Mourinyo oyunsonrası mətbuat konfransında iştirak etməyib.

Bildirilib ki, “Qalatasaray”ın baş məşqçisi Okan Burukun mətbuat konfransına gec gəlməsi və tədbirin uzun çəkməsinə görə Mourinyo konfransa gəlməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR