Türkiyə millisini seçdi – Almaniya klubunun kapitanı

22 Sentyabr 2024 20:50 Türkiyə 1 674
Türkiyə millisini seçdi – Almaniya klubunun kapitanı

"Ştutqart"ın kapitanı Atakan Karazor milli komanda ilə bağlı seçimini edib.

Sportinfo.az xəbər verir ki, Almaniyada doğulmuş 27 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə yığmasında çıxış edəcək.

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Təcrübəli futbolçunun Türkiyə vətəndaşlığı alması üçün başladılan prosedur artıq yekunlaşıb. Baş məşqçi Vinçenso Montella dəvət edəcəyi təqdirdə, Karazor "ay-ulduzlular"ın şərəfini qoruyacaq.

Atakan Karazor 2019-cu ilin yayından "Ştutqart"da çıxış edir. Türk yarımmüdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti