“Qalatasaray”dan “Benfika”ya transfer olan Türkiyə millisinin hücumçusu Kerem Aktürkoğlu daun sindromlu tərəfdarına verdiyi sözü tutub.
Sportinfo.az xəbər verir ki, futbolçu ötən gün UEFA Millətlər Liqasında vurduğu qolları tərəfdarı Abdulkadirə həsr edib.
Belə ki, Abdulkadir daha öncə “Qalatasaray”ın məşqinə gələrək futbolçudan qol vurarsa, ona həsr etməsini istəyib.
Kerem Aktürkoğlu isə ötən gün UEFA Millətlər Liqasında İslandiya ilə matçda het-trik edib. O, matçdan sonra bu sözləri deyib:
“Abdülkadir qardaşımız bir müddət əvvəl “Qalatasaray” məşqində oldu. Əgər qol vursam, ona hədiyyə etməyimi istədi.
Mən də onun istəyini reallaşdırdım. Qollar ona hədiyyə olsun. Abdülkadir, səni sevirəm”.
Matç Türkiyənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Sözügedən görüntüləri təqdim edirik: