Türk futbolçuya 4,5 milyon avro ödəmək istəmir - Ruslar

8 Avqust 2024 22:00 Türkiyə 1 076
Türk futbolçuya 4,5 milyon avro ödəmək istəmir - Ruslar

Moskva “Spartak”ı “Qalatasaray”ın cinah oyunçusu Kərəm Aktürkoğluna illik 4,5 milyon avro ödəmək fikrində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya klubunun “Qalatasaray”ın oyunçusuna təklif edə biləcəyi maksimum məbləğ ildə 2,5-3 milyon avrodur.

Daha əvvəl “Spartak”ın “Qalatasaray”ın iki futbolçusu ilə danışıqları davam etdirdiyi bildirilib.

Moskva klubu 2024-cü ilin qışından İstanbul təmsilçisində çıxış edən müdafiəçi Derrik Köhnlə də maraqlanır. Futbolçu ilə danışıqlar davam edir və artıq klublar özləri transfer məbləğini razılaşdırıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT