Türkiyə yığması növbəti ciddi itki ilə üzləşdi - AÇ-2024-ə getməyəcək

6 İyun 2024 18:20 Türkiyə 1 015
Türkiyə yığması növbəti ciddi itki ilə üzləşdi - AÇ-2024-ə getməyəcək

AÇ-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, “ay-ulduzlular”ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.

Söhbət Ozan Kabakdan gedir.

24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AÇ-2024-ə aparılmayacağı bəlli olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti