Mourinyo "Tottenhem"də birlikdə işlədiyi futbolçunu "Fənərbaxça"ya gətirir

4 İyun 2024 21:40 Türkiyə 1 574
Mourinyo "Tottenhem"də birlikdə işlədiyi futbolçunu "Fənərbaxça"ya gətirir

"Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Höybyerq "Fənərbaxça"ya keçməyə yaxındır.

Sportinfo.az "A Spor"a istinadən xəbər verir ki, Joze Mourinyo "Tottenhem"də birlikdə işlədiyi futbolçunu Türkiyəyə dəvət edib.

28 yaşlı futbolçu özü də İstanbul klubuna keçiddə maraqlıdır.

Joze Mourinyo 2019-2021-ci illərdə “Tottenhem”in baş məşqçisi olub.

Höybyer başa çatan mövsümdə İngiltərə Premyer Liqasında 36 matçda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti