"Qalatasaray" 2 milyon avroya transfer edir – Portuqaliyalını

30 May 2024 22:00 Türkiyə 1 530
"Qalatasaray" 2 milyon avroya transfer edir – Portuqaliyalını

"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Moreyrense"də çıxış edən Qonçalo Frankonu transfer etmək istəyir.

Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar"ın 23 yaşlı yarımmüdafiəçinin transferini 2 milyon avroya tamamlamaq üzrə olduğu bildirilir.

"Moreyrense" Qonçalo Frankonu 2020-cilin yayında "Leyşoeş"dən transfer edib.

Portuqaliyalı futbolçu son mövsümdə komandasının heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"