COP29

"Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm"

12 May 02:20 Türkiyə 579
"Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm"

“Qalatasaray”ın İdarə Heyətinin üzvü Emin İmanov azərbaycanlı futbolçuların mümkün transferi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki,bu haqda qol.az-ın müxbiri ilə söhbətində Emin İmanov danışıb.

Onun sözlərinə görə, hazırda heç bir azərbaycanlı futbolçu ilə danışıqlar aparmırlar.

“Hazırda gündəmimizdə azərbaycanlı futbolçularla bağlı məsələ yoxdur. Amma “Qalatasaray” olaraq bizim skautlar tək Azərbaycanda yox, bütün ölkələrdə oyunçulara baxırlar.

İnşallah, bir gün mən də Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm. Amma hazırda belə bir şey yoxdur.

Əlbəttə, gələcəkdə Azərbaycan klubundan istədiyimiz mövqeyə oyunçu tapsaq, danışıqlar apara bilərik” - deyə klub rəsmisi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"