COP29

”Haqqımda hər zaman utancverici xəbərlər yayılır, 3 oyundan sonra gedəcəm”

8 May 12:20 Türkiyə 375
”Haqqımda hər zaman utancverici xəbərlər yayılır, 3 oyundan sonra gedəcəm”

“Antalyaspor”un baş məşqçisi Sərgən Yalçın vəzifəsindən ayrılacaq.

Sportinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı bunu Superliqanın 35-ci həftəsində “Pendikspor”a 1:2 hesabı ilə məğlub olduqdan sonra açıqlayıb.

O bildirib ki, mövsümün sonunda klubla yolları ayrılacaq: “

Həmişə haqqımda pis xəbərlər olur. Harada işləsək, düzgün işləyirik.

Amma haqqımda hər zaman utancverici xəbərlər yayılır. Bu xəbərlər davamlı çıxır.

Transfer edə bilmirik, çox dar heyətimiz var. Buna görə də, gələn il davam etməməyə qərar verdim. Son 3 matç üçün buradayam, amma sonra gedəcəm”.

Baş məşqçi “Pendikspor”la oyunu idarə edən hakim Tugay Kaan Numanoğlunu da sərt şəkildə tənqid edib:

“Bu qədər yoxluqda 10 nəfərlə oynamaq asan deyil. Gözəl matç idi, hakim yersiz müdaxilə etməsəydi, yaxşı olardı.

Necə ki, Tugay Kaan Numanoğlu kimi hakimlər matçı idarə etdikcə, türk futbolunun etibarlı olması mümkün deyil. Həyatımda belə pis hakim görməmişdim.

Buraxdığımız qol ofsayddır. Bu, xüsusilə Tuqay Kaan Numanoğlu kimi hakimlərlə baş verə bilərdi, ona görə də getsin başqa bir işlə məşğul olsun”.

Keçdiyimiz günlərdə “Antalyaspor”un baş məşqçi postuna “Fənərbaxça”nın əfsanəvi futbolçusu Alex de Souzanın gəlməsi ilə bağlı xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti