
"Qalatasaray"ın yeni forvardı Mauro İkardi klubun rəsmi saytına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, PSJ-dən icarəyə götürülən argentinalı hücumçu İstanbul klubuna keçidi barədə danışıb:
"Gözəl qarşılanmağa görə azarkeşlərə təşəkkür etmək istəyərdim. Mən və ailəm çox təsirləndik.
Bu, inanılmaz bir qarşılanma oldu. Bu yay çoxlu təkliflərim var idi, uzun danışıqlar getdi və nəticədə bura gəldim.
“Qalatasaray”da olduğum üçün xoşbəxtəm. PSJ-də oynayanda bu stadionda qol vurmuşam.
İndi “Qalatasaray” üçün oynayacam və ümid edirəm ki, burada qol vurmağa davam edəcəm.
Ümid edirəm ki, komandanı yüksək səviyyəyə qaytara biləcəyik. “Qalatasaray” hər zaman qarşısına yüksək hədəflər qoyan komandadır.
Biz bunun bir parçası olmaq istəyirik. Futbolçular, heyət, bütün azarkeşlər Çempionlar Liqasının növbəti gecəsini yaşamaq istəyirlər".
Xatırladaq ki, PSJ-yə məxsus olan hücumçu mövsüm sonuna qədər "Qalatasaray"da icarə əsasında çıxış edəcək.