“Qalatasaray”ın vitse-prezidenti vəzifəsindən istefa verdi

5 İyun 2024 01:30 Türkiyə 1 209
“Qalatasaray”ın vitse-prezidenti vəzifəsindən istefa verdi

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur vəzifəsindən istefa verib.

Sportinfo.az\ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında klub rəsmisi özü deyib.

O, mətbuat konfransında İstanbul təmsilçisindən ayrıldığını bildirib:

“Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm.

Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmin vaxt açıqlamaq mümkün deyildi.

Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim”, - deyə o bildirib.

44 yaşlı funksioner 2022-ci ilin iyun ayından “Qalatasaray”da çalışırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti