"Hər kəsi utandırdıq, haqqınızı halal edin"

22 İyun 2021 23:00 Türkiyə 1 327
"Hər kəsi utandırdıq, haqqınızı halal edin"

Türkiyə millisinin kapitanı Burak Yılmaz ötən gün Bakıda AVRO-2020-nin qrup mərhələsinin III turunda İsveçrəyə uduzduqları matçdan (1:3) sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu qitə birinciliyi ilə erkən vidalaşmalarını belə şərh edib:

"Bu turnirə çox yaxşı hazırlaşdığımızı düşünürdük. Xəyallarımız çox fərqli idi. Bəlkə də özümüzü lazımsız stressə saldıq.

Hər kəsdən üzr istəyirik, hamını utandırdıq. Haqqınızı halal edin. Niyyətimiz fərqli idi. Biz bura rekord qıraraq gəlmişdik.

Bəlkə də artıq belə böyük turnirlərə getməyi bilirik, amma belə turnirlərdə oynamağı bacarmırıq. Hamımız çox üzgünük".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var