“Fənərbaxça” Məsut Özili İstanbula gətirir - FOTO

18 Yanvar 2021 01:38 Türkiyə 733
“Fənərbaxça” Məsut Özili İstanbula gətirir - FOTO

“Fənərbaxça” “Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özilin transfer prosesinin irəliləməsi üçün onu İstanbula gətirir.

Sportinfo.az xəbər verir ki, bu barədə futbol klubunun rəsmi tvitter səhifəsində məlumat verilib.

“Klubumuz transfer prosesinin irəliləməsi üçün Məsut Özili İstanbula gətirir”, - paylaşımda deyilir.

Paylaşılan fotoda futbolçunun həyat yoldaşı ilə övladı da yer alıb.

Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"