
Premyer Liqada mövsümü dördüncü yerdə başa vuracağı dəqiqləşən «Turan Tovuz» transfer bazarında fəallaşıb.
«Qarabağ»ın ölkə kubokunun finalında «Sabah»a qalib gəlməsinə ümid edən və bununla avrokuboklara yolunun açılmasını arzulayan qərb təmsilçisi heyətin gücləndirilməsi prosesinə başlayıb.
Bu yolda ilk addım Türkiyədə atılıb.
Klubun idman direktoru Səməd Nəsibov qardaş ölkəyə yollanıb və adları ona təqdim olunmuş futbolçuların menecerləri ilə danışıqlar aparıb.
Siyahıda 3-4 nəfər yer alıb və onların hamısı I Liqada çıxış edənlərdir.
Kurban Berdiyev bu səfərdən xəbərdardır. Baş məşqçi kimlərin üzərində dayanıbsa, direktor da onun tapşırığı əsasında görüşmələr keçirib.
SPORTİNFO.AZ