
"Turan Tovuz"un Roberto Olabe ilə anlaşmasının bəzi detalları üzə çıxıb.
İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayan qərb klubu xeyli xərcə düşüb.
"Turan Tovuz" onu sıralarına qatmaq üçün məxsus olduğu “İbiza”ya təzminat ödəyib. Burada söhbət hardasa 150 min dollardan gedir.
İspaniyanın statusuna görə dördüncü liqasından gələn səbəbkarın özü isə qarşıdakı iki ildə 350 min dollardan çox pul qazanacaq.
2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo” və “Estremadura”nın da formasını geyinib.
29 yaşlı legioner bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.
SPORTİNFO.AZ