"Təxribatlara cavab vermək olmaz" - Kurban Berdiyev

20:20 Turan 90
"Təxribatlara cavab vermək olmaz" - Kurban Berdiyev

"Turan Tovuz" Misli Premyer Liqasının XII turunda səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözlədiyimiz kimi ağır oyun oldu. "Şamaxı" bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvsiz olmadı. Amma istənilən halda qələbə yaxşıdır. Azlıqda qalandan sonra uşaqlar xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir.

- Xorxe Silvanın yersiz qırmızı vərəqə ilə komandanı pis vəziyyətdə qoyduğunu düşünmürsüz?

- Bu, yolverilməzdir. İstənilən halda oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı provokasiya var idi. Provokasiyalara cavab vermək olmaz.

- Joarlem Santosun durumu necədir?

- Hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olar.

Digər Xəbərlər
Xəbər Lenti