Tovuzda qərb derbisinə satış başladı - ŞƏRTLƏRi gözdən keçir

03:00 Turan 47
Tovuzda qərb derbisinə satış başladı - ŞƏRTLƏRi gözdən keçir

Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək “Turan Tovuz” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma noyabrın 28-də saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Turnir cədvəlində “Turan Tovuz” 24 xalla üçüncü, “Kəpəz” isə 18 xalla altıncı pillədə qərarlaşıb.

Azarkeşlər biletləri birbilet.az saytı vasitəsilə onlayn əldə edə, istədikləri sektor və yerləri seçə bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3 və 5 manat təşkil edir.

Şəhid ailələri və qazilər üçün ayrılmış sektora dəvətnamələr stadionun kassasından ödənişsiz təqdim olunur. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər biletləri kassadan fiziki formada da əldə edə bilərlər.

Stadiona giriş yalnız fiziki və ya elektron biletin üzərindəki QR kodun oxudulması ilə mümkün olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!