10 nəfəri birdəfəlik göndərmişdilər, birini də müvəqqəti göndərdilər

28 İyul 17:00 Turan 1 155
10 nəfəri birdəfəlik göndərmişdilər, birini də müvəqqəti göndərdilər

«Turan Tovuz» Raul Məmmədovla müvəqqəti vidalaşıb.

Qərb klubu gənc müdafiəçisini «Şamax»ıya icarəyə verməyə razılaşıb.

O, gələn mövsümü «şirlər»in düşərgəsində keçirib.

R.Məmmədov bir neçə ay öncə Ayxan Abbasovun diqqətini çəkib.

Ötən mövsümün ikinci yarısını «Mingəçevir»də keçirdiyi vaxt adıçəkilən baş məşqçinin «radar»ına düşən arxa xətt oyunçusu onun tərəfindən U-21 yığmasına çağırılıb.

Tovuz təmsilçisi bu yay 10 nəfərlə rəsmən vidalaşıb.

İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyevlə yollar ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?