Tacikistan millisinin qapıçısı "Turan Tovuz"da - RƏSMİ

26 İyul 16:20 Turan 279
Tacikistan millisinin qapıçısı "Turan Tovuz"da - RƏSMİ

"Turan Tovuz" heyətinə yeni qapıçı cəlb edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Oleq Baklovu rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Ufa”da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ”ın da formasını geyinib.

Tacikistan millisinin qapısını qoruyan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Tovuz təmsilçisi bu yay transfer dövründə David Oliveyra Tavareş, Abdulla Rzayev və Roberto Olabeni də heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 03:40 "Kəpəz"in daha bir...
26 İyul 02:40 "Sumqayıt"dan 3 SEÇİM