
«Turan Tovuz»da daş qayaya rast gəlib.
Və deyəsən, klubdan AFFA-ya şikayət olunacaq.
Kurban Berdiyevin sərəncamında görmək istəmədiyi Veysəl Rzayev iki ayağını bir başmağa dirəyib, ona çatacaq pulun tamamilə ödənilməsini istəyir.
Tam haqlıdır. Gələn ilin yayınadək qüvvədə olan müqaviləsi var.
Yarımmüdafiəçi 3 ildir formasını geyindiyi doğma rayonunun komandasından pul-parasız ayrılmaq niyyətində deyil. Rəhbərliyə deyib ki, iəzminatı tam şəkildə ödənilməlidir: yəni, 70 min manat.
«Turan»ın idarəçiləri əvvəlcə 10 min manat verməyə razı idilərsə, indi bu rəqəmi ikiqat qaldırıblar. Di gəl, Rzayev buna da «yox» deyib.
Xəbərdarlıq edib ki, kompensasiyası son qəpiyinə kimi verilməsə, heç yerə gedən deyil: əvəzedici heyətdə məşqə və oyuna çıxacaq, amma ayağını klubun darvazasından o tərəfə qoymayacaq.
SPORTİNFO.AZ