"Turan Tovuz" bu gün Türkiyədə “Çorum”un qonağıdır

19 İyul 2025 17:20 Turan 855
"Turan Tovuz" bu gün Türkiyədə “Çorum”un qonağıdır

"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

"Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Hələlik bölgə təmsilçisi yalnız 1 rəqibinin adını açıqlayıb. "Turan Tovuz" iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!