"Turan Tovuz" "Neftçi" və "Sumqayıt"ın yolu ilə getdi

19 İyul 22:20 Turan 512
"Turan Tovuz" "Neftçi" və "Sumqayıt"ın yolu ilə getdi

"Şamaxı" yeni mövsümdə də gənc futbolçulara şans verməyə davam edəcək.

Həm də gənclər millimizin baş məşqçisi olan Ayxan Abbasov bu səbəbdən istedadlı gənclərin axtarışını davam etdirir.

Ağadadaş Salyanski və Murad Məmmədova görə təklif göndərdiyi "Neftçi"dən, Nihat Əhmətzadə və Sənan Muradlıya görə isə "Sumqayıt"dan "yox" cavabı alan "şirlər" növbəti cəhdini "Turan Tovuz"un iki üzvü üçün etdiyini xəbər vermişdik.

Söhbət İbrahim Ramazanov və Raul Məmmədovdan gedir.

İkinci son mövsümü icarə əsasında "Mingəçevir"də keçirib.

Stoper mövqeyində çıxış edən hər iki gənc həm də gənclər millimizin son oyunlarında iştirak ediblər

Amma bölgə klubu ikilinin Ayxan Abbasovun sərəncamında olmasına izin verməyib.

Son günə qədər ümid yeri qoyan, toplanışın gedişindən qərar veriləcəyini vəd verən rəhbərlik yekunda "mümkün deyil" cavabını verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR