Premyer Liqanın bölgə təmsilçisi rəqiblərini Bakıda qəbul edəcək

16:40 Turan 417
Premyer Liqanın bölgə təmsilçisi rəqiblərini Bakıda qəbul edəcək

“Turan Tovuz” azı oktyabr ayına qədər ev oyunlarını doğma meydanda keçirə bilməyəcək.

Tovuz şəhər stadionundalı süni örtüklü örtüyün “təbii” ilə əvəz olunması prosesi minimum 3 ay vaxt tələb edir.

Yaxın 10-15 gün ərzində sintetik qazonun söküntüsünə start veriləcək. Bu iş azı 20-25 gün vaxt aparacaq. Avqust ayının ikinci yarısında isə təbii örtüyün salınmasına start veriləcək.

Qərbli azarkeşləri, hətta futbol ictimaiyyətini maraqlandıran sual “Turan Tovuz”un avqust-oktyabr aralığında rəqiblərini hansı stadionda qəbul edəcəyidir.

Tovuza ən yaxın şəhər Gəncədir ki, burada inşa olunan stadion payızda hazır olacaq. Lakin dərhal istifadəyə verilməyəcək. “Kəpəz”in orada oynaması belə, ən yaxşı halda 2026-cı ildə mümkün olacaq.

Digər mümkün variant kimi Qəbələ şəhər stadionu görünür. Lakin burada “Kəpəz” lövbər salmaq niyyətindədir. Bu variant da ağlabatan deyil.

Yevlax ehtimalının üstündən də çarpaz xətt çəkə bilərik. Örtüyü dəyişdirilən stadion sentyabrda hazır olacaq. Üstəlik, süni örtüklü qazon salınacaq.

Kurban Berdıyev komandasının təbii qazonda oynamasını istəyir deyə, rəhbərlik axtarışlarını bu yöndə aparır. Bu üzdən Şamaxı variantı da arxa plana keçir.

Ev oyunlarını bölgələrin birində keçirmək sevdası baş tutmayan “Turan Tovuz” 2-3 ay Bakıda məskunlaşacaq. Hazırdakı paytaxtdakı namizəd stadionların rəhbərləri ilə danışıqlar davam edir.

Söhbət təbii örtüklü meydanlardan gedirsə, siyahıda “Azersun Arena”, Zirə İdman Kompleksi, “Liv Bona Dea Arena”, “Neftçi Arena” və “Bank Respublika Arena” var.

Avrokuboklarda mübarizə aparan təmsilçilərimizin rəqiblərini son üç arenada qəbul etdiyini nəzərə alsaq, qərb təmsilçisinin bu mənada müəyyən çətinliklə üzləşəcəyi sirr deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti